Gündəm / Cəmiyyət
05 iyun 2023
0
İnvestisiya müsabiqəsinin keçirilmə qaydaları DƏYİŞDİ
Prezident İlham Əliyevin 2001-ci il 17 iyul tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”nda dəyişiklik edilib.
Azərbaycan Prezidenti bununla bağlı yeni Fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar iddiaçılardan tələb edilməyəcək. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya iddiaçılar tərəfindən təmin ediləcək.
Daha çox xəbər:
Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar DƏYİŞİKLİK
Gündəm / Siyasət“ASAN xidmət”lə bağlı yenilik - Bu sənədlər tələb edilməyəcək
Gündəm / SiyasətPrezidentdən AYNA ilə bağlı FƏRMAN
Gündəm / SiyasətDaşınmaz əmlakla bağlı notariat qaydaları dəyişir
Gündəm / CəmiyyətPrezident “Media Reyestrinin aparılması Qaydaları”nı təsdiqlədi
Gündəm / Siyasət