Gündəm / Cəmiyyət
08 iyun 2023
1
Dələduzlar “AzDrama”nın adından belə istifadə etdi
Akademik Milli Dram Teatrı Beynəlxalq kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.
Müraciətdə qeyd edilir ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir.
"Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir. Təəssüf ki, aldanan vətəndaşlar var.
Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur.
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub", - teatrın məlumatında deyilir.
Daha çox xəbər:
Lənkəran Dövlət Dram Teatrı “Olanlardan-keçənlərdən” tamaşasını onlayn nümayiş etdirəcək
MədəniyyətMehriban Ələkbərzadəyə yüksək vəzifə verildi
Gündəm / MədəniyyətAzərpaşa Nemətovun yerinə təyin olunan bədii rəhbər kimdir? - DOSYE
Gündəm / MədəniyyətPrezident Gəncə Dövlət Dram Teatrının yeni binasının açılışında
Gündəm / SiyasətAnar yenidən AYB-nin sədri seçildi - YENİLƏNİB
Gündəm / Cəmiyyət