Gündəm / Cəmiyyət
12 iyun 2023
0
Qəzada yaralanan qadın xərəkdən düşdüyü üçün ölüb?
TƏBİB Bakıda xəstəxanada təcili yardım xərəyindən düşərək öldüyü deyilən qadınla bağlı məsələyə münasibət bildirib.
Bununla bağlı “Qafqazinfo”nun sorğusunu cavablandıran qurumdan bildirilib ki, Bakının Suraxanı rayonunda yol qəzası zamanı xəsarət alan 1952-ci il təvəllüdlü vətəndaş təcili tibbi yardım avtomobili vasitəsilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub: “Saat 22:10 radələrində təzyiqin kəskin aşağı olması və müxtəlif bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilən pasiyent ölüb. Hazırda aidiyyəti orqanlar tərəfindən araşdırılma aparılır. İctimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Rəhmanova Hilda Cavad qızı yolu keçərkən onu Nurlan Həşimovun idarə etdiyi “Opel” markalı avtomobil vurub. Qadın xəsarətlər aldığından 11 saylı Təcili Tibbi Yardım Stansiyası Hövsan filialının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzinə gətirilib.
Hadisəni törətdiyi deyilən sürücü və H.Rəhmanovanın qohumları APA-ya bildiriblər ki, təcili yardım xidmətinin əməkdaşları yaralını xərəklə rentgen otağına apararkən xərək nasaz olduğundan qadın orada yerə düşüb və ağır xəsarət alaraq ölüb. Yaxınlarının iddiasına əsasən, hadisə zamanı xəsarət alan Hilda Rəhmanovanın huşu özündə olub.
Hazırda faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Daha çox xəbər:
Bakı-Ələt yolundakı qəzada xəsarət alan 18 nəfər evə buraxıldı - Yenilənib
Gündəm / HadisəAzərbaycanda təcili yardım avtomobili qəzaya düşdü, ağır yaralılar var - VİDEO
HadisəBakıda qarlı havada 25 nəfər xəsarət alıb - YENİLƏNİB
Gündəm / CəmiyyətBakıda təcili yardım avtomobili qəzaya düşdü
HadisəŞəkidə 5 yaşlı qızdırmalı uşaq xəstəxanada öldü - Rəsmi
Gündəm / Hadisə