Gündəm / Cəmiyyət
12 iyun 2023
0
"Məqsədimiz taksi xidmətinin səviyyəsini yüksəltməkdir" - Rəşad Nəbiyev

“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi taksi ilə bağlı ictimai narazılığı aradan qaldırmağa çalışır”.
Bu sözləri Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Milli Məclisdə müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklərlə bağlı çıxışı zamanı deyib.
Nazir bildirib ki, məqsədimiz taksi xidmətinin səviyyəsini yüksəltməkdir: sərnişinlərə saz avtomobildə hazırlıqlı sürücülərlə xidmət göstərilməsinə çalışırıq”.
Bununla yanaşı, biz taksi sürücülərinin əmək qanunvericiliyinə uyğun işləyib-yaşamasını təmin etməyə, əmək hüquqlarının təmin olunmasına səy göstəririk, - deyə Rəşad Nəbiyev vurğulayıb.
Qeyd edək ki, bazarda mövcud olacaq taksilərin qiymətləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən deyil, bazarın tələb və təklifinə görə tənzimlənəcək. Eyni zamanda müvafiq qanunvericiliyə təklif olunan dəyişikliklər paketində taksilərin qiymətlərinə dair müddəalar əksini tapmayıb.

Daha çox xəbər:

Rəşad Nəbiyev Bayraktarla görüşdü
Gündəm / Cəmiyyət
Rəşad Nəbiyev bu tarixdə Ucar sakinlərini qəbul edəcək
Gündəm / Cəmiyyət
Rəşad Nəbiyev Abdulmuslimovla görüşdü
Gündəm / Cəmiyyət
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu DƏYİŞDİ
Gündəm / Cəmiyyət
Rəşad Nəbiyev Göyçayda vətəndaşları qəbul edəcək
Gündəm / Cəmiyyət