Gündəm / Cəmiyyət
06 may 2022
26
Rəşad Nəbiyev bu tarixdə Ucar sakinlərini qəbul edəcək
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 13 may 2022-ci il tarixində saat 10:00-da Ucar şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ucar şəhəri, Heydər Əliyev prospekti 153) Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab rayonlarının sakinlərini qəbul edəcək.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda may ayı üzrə vətəndaşları qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula yazılmaq üçün 12 may 2022-ci il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Kürdəmir, Ucar, Göyçay, Ağdaş və Zərdab Telekommunikasiya Qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər.

Daha çox xəbər:

Ramil Usubov Göyçayda vətəndaşları qəbul edib
Siyasət
Vətəndaşları qəbul etmək üçün nazirlər rayonlara gedir - BU TARİXDƏN
Gündəm / Cəmiyyət
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strukturu DƏYİŞDİ
Gündəm / Cəmiyyət
Nazir "TIR qalmaqalı"na görə onu İŞDƏN ÇIXARDI
Gündəm / Cəmiyyət
Qarabağ tam televiziya yayımı ilə əhatə olunacaq
Gündəm / Cəmiyyət