Gündəm / Dünya
13 iyun 2023
0
Keçmiş federal prokuror: “Tramp öz həbsi ilə bağlı qərarı ləğv edə bilər”
“ABŞ-nin eks-prezidenti Donald Tramp məxfi sənədlər davasına görə 20 ilə qədər həbs cəzası ala bilər, lakin 2024-cü ildə keçiriləcək seçkidə qalib gələrsə, özünə əfv fərmanı verməsi mümkündür”.
Bu sözləri ABŞ-nin keçmiş federal prokuroru Ankuş Hardori deyib.
Məsələ burasındadır ki, ABŞ qanunlarına görə, ona qarşı cinayət işi açılmış və ya hətta məhkum edilmiş şəxslər belə namizədliyini irəli sürmə haqqına sahibdirlər. Hardorinin sözlərinə görə, əgər seçkidə qalib gələrsə, Tramp məhkəmə qərarını ləğv edə, həmçinin baş prokurora özü və tərəfdaşlarına qarşı açılmış bütün cinayət işlərinə xitam verilməsi ilə bağlı göstəriş verə bilər.
Tramp isə KİV-ə bildirib ki, seçkidən çəkilmək niyyətində deyil və hətta həbsxanadan belə kampaniya aparacaq.
Hardorinin sözlərinə görə, bütün bunları nəzərə alaraq federal prokurorlar ittiham aktında qanunun tələb etdiyindən daha çox detallar təqdim etmək qərarına gəliblər. Onlar bu yolla amerikalılara Trampın sənədləri ayaqyolunda saxlamaqla necə məsuliyyətsiz davrandığını göstərmək fikrindədirlər.
Mənbə: “Politico”
Daha çox xəbər:
"Rusiya-Ukrayna müharibəsini dayandıracam" - Tramp söz verdi
Gündəm / DünyaTramp ABŞ-da "TikTok"un fəaliyyətinə qadağa qoymaq istəyir
DünyaTramp ABŞ-a immiqrasiyanı müvəqqəti dayandırmağı düşünür
Siyasət / DünyaABŞ-da prezident seçkiləri təxirə salına bilər
Siyasət / DünyaABŞ-la Çin arasında ticarət müharibəsi yenidən başlaya bilər
Siyasət / Dünya