Gündəm / Siyasət
17 iyun 2023
0
"Respublikalarımızı Volqa və Xəzər birləşdirir" - Tatarıstan Rəisi
"Biz regional səviyyədə də ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə mühüm töhfə veririk".
Bunu Minnixanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov deyib.
O, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışından sonra qeyd edib ki, Tatarıstan İlham Əliyevin Rusiya-Azərbaycan dostluq münasibətləri çərçivəsində respublika ilə əməkdaşlığa şəxsi diqqətini yüksək qiymətləndirir: "Bu gözəl ənənələrin əsası Mintimer Şaymiyev və Heydər Əliyevin zamanında onlar tərəfindən qoyulub.
Ötən il Tatarıstan-Azərbaycan ticarət dövriyyəsi 78% artaraq 125 milyon dolları ötüb. Bu ilin ilk üç ayında qarşılıqlı ticarət dövriyyəsi 16% artaraq 20,5 milyon dollar təşkil edib. Tatarıstan Azərbaycana kənd təsərrüfatı, əczaçılıq və kağız məhsulları ixrac edir. Öz növbəsində Azərbaycandan neft məhsulları, minerallar, meyvə-tərəvəz idxal olunur.
Respublikalarımızı Volqa və Xəzər birləşdirir. Biz Volqa-Xəzər hövzəsinin nəqliyyat və logistika imkanlarından daha fəal istifadə etməliyik".

Daha çox xəbər:

İlham Əliyev və Rüstəm Minnixanov Cəbrayılda açılış etdilər
Gündəm / Siyasət
Dağıstan və Tatarıstan rəhbərlərindən İlham Əliyevə təbrik məktubu
Gündəm / Siyasət
İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
Gündəm / Siyasət
Mikayıl Cabbarova daha bir VƏZİFƏ VERİLDİx
Gündəm / Siyasət
İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
Gündəm / Siyasət