Gündəm / Təhsil
28 aprel 2020
37
Azərbaycanlı alim beynəlxalq videokonfransda çıxış edib
Millaiinfo.azAzərbaycanlı alim beynəlxalq videokonfransda çıxış edib
AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) Enerjiqənaətedici radiasiya prosesləri laboratoriyasının rəhbəri, BMT-nin Ətraf Mühit Proqramının eksperti, AMEA-nın müxbir üzvü İslam Mustafayev beynəlxalq videokonfransda iştirak edib. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, konfransa Azərbaycanla yanaşı, ABŞ, Danimarka, Bəhreyn, Sinqapur və digər ölkələri təmsil edən 16 nümayəndə qatılıb. BMT-nin 2021-ci ildə keçiriləcək 5-ci Baş Assambleyasına hazırlıq məqsədilə Keniyanın paytaxtı Nayrobidən idarə olunan beynəlxalq videokonfransda ətraf mühitə dair qəbul olunan qərarlarda alimlərin və ictimaiyyətin rolunun artırılması məsələsi müzakirə edilib.
Tədbirdə çıxış edən İ.Mustafayev Azərbaycanda ətraf mühit sahəsində qanunvericilik və institusional potensial haqqında məlumat verib, bu sahədə əldə olunmuş təcrübəni həmkarları ilə bölüşüb. O, AMEA və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində ətraf mühit sahəsində aparılan işlər barədə məlumat verərək, texniki potensialın artırılması, ətraf mühitə təsirin qiymətləndirilməsinə dair həyata keçirilən layihələrin müzakirəsində elmi və ictimai təşkilatların nümayəndələrinin iştirakı barədə danışıb.
Alim, həmçinin “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu, bu sənədin əhəmiyyəti və əsas müddəalarından bəhs edib.
Daha çox xəbər:
İkili diplom müqaviləsinin icra mexanizmləri haqqında videokonfrans keçirilib
Cəmiyyət / TəhsilÇexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Cəmiyyət / DünyaAzərbaycanlı atlet beynəlxalq yarışda birinci oldu
İdman“Ən yaxşı elmi tədqiqat işi” müsabiqəsinə sənədlər onlayn qəbul olunur
Təhsil"Avroviziya-2019"un ilk finalçıları məlum olub - FOTO
Cəmiyyət