Gündəm / Cəmiyyət
22 iyun 2023
0
Söyüdlüyə bu şəxslərin girişi məhdudlaşdırıldı
İctimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb
Bunu DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov deyib. Bildirib ki, sakinləri narahat edən məsələlər araşdırılır.
Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.
Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.
Daha çox xəbər:
Gədəbəydə nə baş verir? - DİN-dən daha bir AÇIQLAMA
Gündəm / Cəmiyyət"Polis vətəndaşı vurmaz, qoruyar" - İcra başçısı Söyüdlüdə sakinlərlə görüşdü
Gündəm / Cəmiyyət22 yaşlı gənci sel aparıb
Gündəm / HadisəAzərbaycanda kömür sexində PARTLAYIŞ - Ölənlər var (YENİLƏNİB)
Gündəm / Hadisə"AzerGold" Gədəbəydəki məsələ ilə bağlı MƏLUMAT YAYDI
Gündəm / Cəmiyyət