Gündəm / Siyasət
29 iyun 2023
0
Ordumuzun Xocalı istiqamətində yerləşən mövqeləri atəşə tutuldu
İyunun 29-u saat 18:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa və Füzuli rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Daha çox xəbər:
Düşmən Daşkəsən, Xocalı və Şuşanı ATƏŞƏ TUTDU
Gündəm / SiyasətXocavənd, Şuşa və Xocalı istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu
Gündəm / SiyasətFüzulidəki mövqelərimiz atəşə TUTULDU
Gündəm / SiyasətDüşmən Laçın və Şuşanı ATƏŞƏ TUTDU
Gündəm / SiyasətKəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə TUTULDU
Gündəm / Cəmiyyət