Gündəm / Siyasət
07 iyul 2023
0
Baş nazir “Heydər Əliyev adına təqaüd”lə bağlı sərəncam imzaladı
Baş nazir Əli Əsədov “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyun tarixli 3940 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün təsis edilmiş “Heydər Əliyev adına təqaüd”ün verilməsi ilə bağlı maliyyələşmə zərurəti yarandıqda, bu barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Bu Sərəncamın icrası Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Hüquq və qanunvericilik şöbəsinə həvalə edilsin".
Daha çox xəbər:
100 tələbəyə “Heydər Əliyev adına təqaüd”ü veriləcək - 3000 manat
Siyasət“Heydər Əliyev təqaüdü” təsis ediləcək
Gündəm / SiyasətBu hərbi qulluqçular tərxis ediləcək - Prezident sərəncam imzaladı
SiyasətNK Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik edib
Sosial / TəhsilBu qurumlara iki ay vaxt verildi - Baş nazirdən SƏRƏNCAM
Gündəm / Siyasət