Gündəm / Siyasət
18 iyul 2023
0
Neçirvan Bərzani Azərbaycana gəldi

İraq Kürdüstanının rəhbəri Neçirvan Bərzani iyulun 18-i Azərbaycana səfərə gələcək.
Bu barədə “Shafaq News” məlumat yayıb.
Səfər çərçivəsində ikitərəfli əlaqələr, eləcə də müxtəlif sektorlar üzrə qarşılıqlı faydalı əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Məlumatda qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il fevralın 18-i Almaniyada keçirilən Münhen Təhlükəsizlik Konfransında baş tutan görüşdə
Bərzanini Bakıya dəvət edib.
11:50
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani bu gün Azərbaycana işgüzar səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Neçirvan Bərzanini hava limanında Azərbaycan Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.

Daha çox xəbər:

Albaniya Prezidenti Azərbaycana gəldi - YENİLƏNİB
Gündəm / Siyasət
Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlir
Gündəm / Siyasət
Serbiya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Gündəm / Siyasət
Misir Prezidenti Azərbaycana gəldi
Gündəm / Siyasət
Rumıniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Gündəm / Siyasət