Gündəm / Hadisə
24 iyul 2023
0
Qubad İbadoğlu bu maddə ilə ittiham olunur - Onu neçə il həbs gözləyir?
Xəbər verdiyimiz kimi, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.
Milliinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, partiya sədri ilkin olaraq Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
Hazırda iş üzrə müvafiq istintaq hərəkətləri həyata keçirilir.
Q.İbadoğlunun gün ərzində məhkəməyə çıxarılacağı gözlənilir.
Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxslər 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Daha çox xəbər:

Qubad İbadoğlunun müşaviri həbs EDİLDİ
Gündəm / Cəmiyyət
Qubad İbadoğlu partiyasını buraxdı
Gündəm / Cəmiyyət
Əli Əliyevin 4 il həbsi TƏLƏB EDİLDİ
Gündəm / Cəmiyyət
Azərbaycanda az miqdarda narkotikə görə cinayət məsuliyyəti LƏĞV EDİLİR
Gündəm / Cəmiyyət
Bu şəxslər 20 ilədək azadlıqdan məhrum ediləcək
Gündəm / Cəmiyyət