Gündəm / Cəmiyyət
22 noyabr 2022
10

Əli Əliyevin 4 il həbsi TƏLƏB EDİLDİ

Əli Əliyevin 4 il həbsi TƏLƏB EDİLDİ


Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki cinayət işi üzrə məhkəmə keçirilir.

Milliinfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda Sabunçu Rayon Məhkəməsində davam edən prosesdə partiya sədrinin 4 il müddətə azadlıqdan məhrum edilməsi tələb olunub.

Qeyd edək ki, Ə.Əliyev bir müddət öncə həbsxanada davaya qarışıb. O, Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilir. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinir.

Xatırladaq ki, partiya sədri daha əvvəl 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatırdı.