Gündəm / Cəmiyyət
23 iyun 2022
17
Əli Əliyevin həbs müddəti artırıldı

Hazırda həbsdə olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin cəza müddəti artırılıb.
Onun barəsində Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi Rayon Təşkilatının keçmiş sədr əvəzi Ramiz Göyüşov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Yasamal Rayon Məhkəməsində baxılıb. Hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Ə.Əliyevə 6 ay həbs cəzası verilib.
Hökmdə qeyd edilib ki, Əli Əliyevin əvvəlki cəzaları birləşdirilib və o, ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, VİP sədri 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-nin helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun şikayəti əsasında 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Hərbçilər VİP sədrinin onların barəsində böhtan xarakterli çıxışlar etdiyini iddia edirdi. R.Göyüşov isə VİP sədrinin onun şərəf və ləyaqətinə toxunan ifadələr işlətdiyini bildirir.
Xatırladaq ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə Ramiz Göyüşovun intim videosu yayılmış, bundan sonra o, YAP-dan kənarlaşdırılmışdı.

Daha çox xəbər:

Məhkəmə Əli Əliyevlə bağlı QƏRAR VERDİ
Gündəm / Cəmiyyət
Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayət edildi
Cəmiyyət
"İdeal”ın keçmiş sahibinə 6 il həbs cəzası verilib
Gündəm / Hadisə
Bakıda ofisiant müştərini ürəyindən bıçaqladı
Hadisə
Bu gün Ramiz Göyüşovun YAP-dan çıxarılması məsələsinə baxılacaq
Gündəm / Cəmiyyət