Gündəm / Cəmiyyət
26 iyul 2023
0
İran məhkəməsi qadın jurnalistə sürgün cəzası verdi - FOTO
İranda “Ticarət News” xəbər saytının baş redaktoru Mərziyə Mahmudiyə İran məhkəməsi tərəfindən ikinci dəfə 24 milyon tümən (972 ₼) cərimə cəzası verilib.
Jurnalist, həmçinin 1 il müddətinə Xorasan-e Rəzəvi əyalətinin ucqar Türbət Cam şəhərinə sürgün edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Jurnalist özünün “Twitter” hesabında bununla bağlı paylaşım edib. O bildirib ki, etiraz aksiyalarında iştirak edən qadınları təhqir edən radikal molla və keçmiş millət vəkili Həmid Rəsayinin şikayəti əsasında cəzalandırılıb.
Qeyd edək ki, İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 100-ə yaxın jurnalist həbs olunub.

Daha çox xəbər:

İranda kütləvi etiraz aksiyaları keçirilir
Dünya
Aydın Caniyev həbs olundu
Gündəm / Cəmiyyət
İranda qadın məhbuslara zorla dərmanlar verilir: Onlar hərəkət və danışmaq qabiliyyətlərini itirirlər - FOTO
Gündəm / Dünya
İranda xanım sosioloq həbs edildi - FOTO
Gündəm / Dünya
Parisdə prezidentliyə namizəd jurnalistə qarşı etiraz aksiyası keçirilib
Gündəm / Dünya