Gündəm / Cəmiyyət
27 iyul 2023
0
Cəbrayılın Horovlu kəndinin tikintisinə başlanılır
Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Cəbrayıl rayonunun Horovlu kəndində 2, 3, 4 və 5 otaqlı fərdi yaşayış evlərinin tikintisi üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 1500 manatdır.
İddiaçılar ilkin sənədləri sentyabrın 1-i, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə sentyabrın 11-I, saat 17:00-a qədər qurumun Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospektində ("Ağ şəhər") ofisinə təqdim edə bilərlər.
Təkliflərə sentyabrın 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Xatırladaq ki, Horovlu kəndinin təməli bu in may ayının 4-də Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.

Daha çox xəbər:

İlham Əliyev Cəbrayıl rayonuna səfər edib
Gündəm / Siyasət
İlham Əliyev 2 sərəncam imzaladı
Gündəm / Siyasət
Prezidentdən Şərqi Zəngəzurla bağlı FƏRMAN və SƏRƏNCAM
Gündəm / Siyasət
2026-ci ilədək Qarabağda 35 minə yaxın ev TİKİLƏCƏK
Sosial
Qubadlı və Cəbrayılda yaşayış binaları tikiləcək - SƏRƏNCAM
Gündəm / Siyasət