Gündəm / Cəmiyyət
27 iyul 2023
6
Bu tarixdən məktəbəhazırlıq qruplarına qəbul başlayır
Avqustun 9-da saat 11:00-dan 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir. Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqust saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqust saat 11:00-da aktiv ediləcək.
Qeyd edək ki, 2023-2024-cü tədris ilindən özəl ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul da mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq.

Daha çox xəbər:

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi başlayır
Gündəm / Cəmiyyət
Bu gündən məktəbəhazırlıq qruplarına uşaq qəbulu başlayır
Gündəm / Cəmiyyət
Birinci siniflərin məktəb seçiminə başlanılır
Gündəm / Cəmiyyət
Bu gündən birinci sinfə şagird qəbulu üzrə məktəb seçimi başlayır
Gündəm / Cəmiyyət
Bu gündən birinci sinfə qeydiyyat başlayır - diqqət
Gündəm / Cəmiyyət