Gündəm / Cəmiyyət
31 iyul 2023
0
Günün qoroskopu: planlaşdırılmamış xərclər günüdür
Qoç - cəsarətli yaradıcılıq planlarının reallaşdırılması üçün əlverişli gündür. İdeyalarınız bəzilərinə qəribə təsir bağışlaya bilər. Amma onların arasında məntiqi təsir bağışlayanları seçin, həyata keçirməyə başlayın. Dostlarla görüşlər pis keçməyəcək. Sizi narahat edən məsələləri səmimi söhbətdə müzakirə edərək aranan cavabları ala bilərsiniz.
Axşam saatlarında dəvət aldığınız tədbirə qatılın. Diqqət mərkəzində olmaq üçün səy göstərməyinizə ehtiyac yoxdur. Qeyri-adi əşyalar, orijinal akssesuarlar almaq olar.
Buğa - günün ilk yarısında sərvaxt və ehtiyatlı olun. Münasibətlərinə önəm verdiyiniz insanlarla təmaslarda, birgə fəaliyyətdə sayıq davranın. Kobud səhvə yol verməyin. Belə səhv nüfuzunuza zərbə vuracaq, uzun müddət unudulmayacaq.
Günün ikinci yarısı əlverişlidir. Detallarla təfərrüatlara diqqət tələb edən işlərdə aktiv olun. Kimsəyə imkan verməyin ki, diqqətinizi işlərdən yayındırsın. Şəxsi münasibətlərdəki çətinliklərin həllində intuisiyanıza güvənin. Yaxınlarınızı qayğılandıran məqamları anlamağa çalışın.
Əkizlər - günün ilk yarısında problemlər olacaq. Uzaq durmağa çalışdığınız, əsla rəğbət bəsləmədiyiniz insanlarla birgə çalışmaq məcburiyyətində qalacaqsınız. İşdə həmkarlarla fikir ayrılıqları yaranacaq. İndiyədək münasibətlərinizin əla olduğu tərəfdaşlarla kəskin mübahisə etməyin.
Maliyyə məsələləri anlaşılmazlıqlar yaradır. Qərarlarınızın bəziləri yaxın ətrafınızdakı insanları təəccübləndirə bilər.
Günün ikinci yarısında müsbət təmayüllərin təsiri güclənəcək. Yaşamınızın önəmli sahəsində və ya istiqamətində müsbət dəyişikliklər başlanacaq. Yeni tanışlıqlar, maraqlı insanlarla görüşlər istisna deyil.
Xərçəng - günün ilk yarısı ünsiyyət üçün əlverişli deyil. Önəmli saydığınız məsələləri müzakirə etmək zamanı deyil.
İşdə anlaşılmazlıqlar yarana bilər. Başqalarının etdiyi səhvlərə görə sizi günahkar saya bilərlər. Maraqlarınızı ağılla, səliqəli şəkildə müdafiə edin. Emosiyaları gərə biləcək sərt açıqlamalar verməyin.
Günün ikinci yarısı yüksək diqqət və sərvaxt davranış tələb edən işlər üçün münasibdir. Hesablamalar, biznes-planın qurulması, sənədləşdirmə ilə məşğul ola bilərsiniz. Yaxınlarınızın nöqsanlarını və zəifliklərinizi anlamağa çalışın.
Güzəştlərə getməyi bacarın.
Şir - səhər saatlarından etibarən enerjili və aktiv işləməyə başlayın. Yeni tanışlıqlar, maraqlı və xoş insanlarla görüşlər istisna deyil. Peşəkar fəaliyyət müstəvisində situsiya pis deyil. İrəliləyişə imkan verən həll variantını taparaq çalışın.
Alış-verişdə çox pul xərcləməyin. Ciddi sərmayələr zamanı deyil.
Günün ikinci yarısı ailədə problemlər, anlaşılmazlıqlar yarana bilər. Səbrli və dözümlü, təmkinli olun. Sevdiyiniz insanlarla dil tapmaq asan deyil.
Qız - əlverişli, rahat, uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclüdür. Ən çətin işin öhdəsindən gələ bilərsiniz. Yaxın ətrafınızdakı insanların həllini mümkünsüz, müşkül saydıqları problemi peşəkar səviyyədə çözə bilərsiniz. Gəlirlər istisna deyil. Uzun zamandan bəri əldə etməyi arzuladığınız əşyanı ala bilərsiniz.
Günün ikinci səviyyəsində yaşam potensialı yüksəkdir. Enerji qıtlığı hiss etməyəcəksiniz. Rəğbət bəslədiyiniz insanlarla birlikdə aktiv istirahəti seçin.
Yeni, romantik təmaslar istisna deyil.
Axşam saatlarında ailəvi istirahəti seçin.
Tərəzi - uğurlu gündür. Səhər saatlarından etibarən anlaşılmazlıqlar yarana bilər, amma narahat olmayın - bir müddət sonra situasiya düzələcək. Çoxdan bəri görə bilmədiyiniz işlərə başlayın. Açıq danışmağa cürət etmədiyiniz insanlarla ünsiyyətdə olun. Nigaran qalmayın, hər şey yaxşı olacaq.
Günün ikinci yarısı yeni işdə və ya istiqamətdə fəaliyyətə başlamaq, iş yerini dəyişmək üçün əlverişli gündür. İşdə kollektivdə çalışın, tərəfdaşlar və həmkarlarla dil tapın. Şəxsi münasibətlərdə də durum pis deyil. Hadisələrin inkihaf məcrası sizi və yaxınlarınızı razı salacaq.
Əqrəb - kommersiya fəaliyyəti üçün uğursuz gündür. Təsadüflərə aldanmayın, səbəb və nəticə amillərini unutmayın. Fırıldaqçılarla qarşılaşa bilərsiniz. İtkilərdən başqa heç nə vəd etməyən anlaşma və sövdələşmələrə tamah salmayın. İş yerinin dəyişdirilməsi ilə bağlı məsələlərin müzakirəsini, potensial sifarişçilər və tərəfdaşlarla görüşü təxirə salın. Belə təmaslarda emosional darvanmağınızla bağlı risk var.
Axşam saatları normal keçəcək. Yeni layihəyə başlamaq, müstəqil çalışmağı planlaşdırdığınız işi gerçəkləşdirmək olar. Yaxşı ideyalar qıt deyil. Yaxın ətrafınızdakı insanları təəccübləndirə bilərsiniz.
Oxatan - situasiya pis olmasa da, nəyinsə çatışmadığını hiss edirsiniz. Çatışmazlıq parlaq olaylar və yeni, unudulmaz təəssüratlar, hisslərdir. Amma hər şey sizdən asılı deyil. İndiyədək gerçəkləşdirməyə cəsarət etmədiyiniz, amma arzuladığınız işi görə bilərsiniz. Rəğbət bəslədiyiniz insanla görüşün, danışıqlar aparın. Hisslərinizi etiraf etməkdən çəkinməyin. Qarşı tərəfin reaksiyası gözləntilərdən də artıq olacaq.
Günün ikinci yarısı bilik və bacarıqların artırılması üçün münasib zamandır. Aldığınız istənilən informasiya karınıza gələ bilər. Bacarıq və istedadınızdan istifadə edərək məqsədə çatmağa can atın.
Süst olmayın.
Oğlaq - nəzərdə tutduğunuz işləri görün, niyyətlərinizi həyata keçirin. Bütün diqqəti mühüm işlərə və olaylara yönəldin. İkinci dərəcəli məsələləri təxirə salın, ya da etibar etdiyiniz insana həvalə edin. Yaxın gələcəklə bağlı fəaliyyət strategiyası hazırlayın, planlar qurun, müttəfiqlərlə və ya tərəfdaşlarla danışıqlar aparın.
Günün ikinci yarısında qətiyyətli olsanız, uğur qazanacaqsınız.
Yeni maraqlar və işlər formalaşır. Ünsiyyət çevrənizi genişlənlirin. Yeni tanışlıqlar üçün izafi səyə ehtiyac yoxdur. İnsanlar sizə can atırlar.
Dolça - problemləri qulaqardına vurmaq mümkün deyil. Bununla belə, xırda məsələlərə görə əhvalınızı pozaraq ruhdan düşməyin. Bədbinliyə qapılmayın. Səhvlərə yol versəniz, onların fəsadlarını aradan qaldırmaq üçün gərəkli addımlar atın. İşgüzar danışıqlar və müzakirələr pis keçməyəcək. İnadkar və qətiyyətli olsanız, sərfəli əməkdaşlıq şərtlərinə nail ola bilərsiniz. Yaxşı gəlir əldə etməyinizə imkan verəcək təklif alacaqsınız.
Günün ikinci yarısında həmkarlarınız fikrinizi yayındıracaq, rəhbərlik isə birmənalı olmayan, qeyri-dəqiq tapşırıqlar verəcək. Hər şeyə rəğmən yaxşı işləməyə can atın.
Axşam saatlarını yaxınlarınızla keçirin. Evdə oturmayın, gəzintiyə yollanın.
Balıqlar - planlaşdırılmamış xərclər günüdür. Məsrəflər gözlədiyinizdən də artıq ola bilər. Pullarınızla vidalşamağa tələsməyin, xərcləri azaldın. Maaş və ya peşəkar karyeranızla bağlı məsələləri müzakirə etmək olar. Özünüzü reklam və yaxşı təqdim etməyi də unutmayın.
Günün ikinci yarısında işdə həmkarlarla çox açıq danışmayın. İmpulsiv davranış və ya emosional sözlər xoşagəlməz situasiyanın yaranmasına, şayiələrin yayılmasına səbəb ola bilər.
Yaxınlarınızla səmimi olun. Nəyisə gizlətmək, önəmli məqamı pərdələmək cəhdləri heç bir nəticə verməyəcək. Əvəzində münasibətlər korlanacaq.
Milli.Az
Daha çox xəbər:
Günün qoroskopu: Maraqlı, cazibədar təkliflər ala bilərsiniz.
Gündəm / CəmiyyətGünün qoroskopu: Təlaşa qapılmayın
Gündəm / CəmiyyətGünün ULDUZ FALI: sizi tora salmaq üçün dəridən-qabıqdan çıxırlar
Gündəm / SosialGünün qoroskopu: Şəxsi münasibətlərdə təşəbbüskar olun
Gündəm / CəmiyyətGünün qoroskopu: Çətin, qarışıq və mürəkkəb gündür
Gündəm / Sosial