Gündəm / Siyasət
31 iyul 2023
0

Ceyhun Bayramov Türkiyəyə rəsmi səfərə yola düşüb


31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.