Gündəm / Cəmiyyət
31 iyul 2023
0
Namiq Zeynalovun oğlanları əmlakları geri istəyirlər
Cəlilabadın həbsdə olan keçmiş icra başçısı Namiq Zeynalovun oğlanları Ali Məhkəməyə müraciət ediblər.
“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Rəsul və Fərid Zeynalovlar atalarının cinayət işi üzrə müsadirə edilmiş əmlakları geri istəyirlər.
Maraqlı şəxslər iddia edir ki, söhbəti gedən əmlaklar onlara məxsusdur və cinayət yolu ilə əldə edilmiş pulla alınmayıb.
Kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə təqdim edilib.
Qeyd edək ki, Namiq Zeynalov 2021-ci ildə həbs edilib. O, xüsusilə külli miqdarda mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda rüşvət almaqda təqsirli bilinib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il həbs cəzası verilib.
Bundan başqa iş üzrə üzərinə həbs qoyulmuş ümumi dəyəri 2 milyona yaxın olan-fərdi yaşayış evləri, “Lexus” markalı minik avtomobili, müxtəlif təyinatlı torpaq sahələri dövlət nəfinə müsadirə edilib.
Şirvan Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Daha çox xəbər:
Cəlilabadın sabiq icra başçısının məhkəməsinin harada olacağı AÇIQLANDI
Gündəm / CəmiyyətCəlilabadın sabiq icra başçısının məhkəməsində 15 şahid dindirildi
Gündəm / HadisəHəbsdə olan Vüqar Səfərlidən XƏBƏR VAR
Gündəm / CəmiyyətHəbsdə olan generallarla bağlı yeni QƏRAR
HadisəHəbsdə olan Vüqar Səfərlidən XƏBƏR VAR
Gündəm / Hadisə