Hadisə
10 oktyabr 2022
14

Həbsdə olan generallarla bağlı yeni QƏRAR

Həbsdə olan generallarla bağlı yeni QƏRAR


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan gömrük generalları - Ehtiram Xəlilov və Məsum Rəsulovun həbs müddətləri uzadılıb.

Milliinfo.az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov və əməliyyat-istintaq Baş İdarəsinin rəisi Məsum Rəsulov barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.

Ehtiram Xəlilovun həbs müddəti daha 3 ay uzadılaraq 10 yanvar 2023-ci il, Məsum Rəsulovun həbs müddəti isə daha 4 ay uzadılaraq 10 fevral 2023-ci ilə qədər həbsdə saxlanılmasına qərar verilib.

Qeyd edək ki, Ehtiram Xəlilov külli miqdarda rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. Onun 200 mindən çox rüşvət aldığı bildirilir. M.Rəsulov barəsində isə vəzifə səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə, DGK-nin digər vəzifəli şəxsləri vasitəsilə “Azərterminalkompleks” Birliyi tərəfindən xidmətlərin göstərilməsi adı altında şirkətlərin hesabına köçürülən, lakin xidmətlər göstərilmədən nağdlaşdırılaraq geri qaytarılan xüsusilə külli miqdarda büdcə vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən olunub. Həmçinin M.Rəsulovun, DGK tərəfindən müsadirə edilmiş külli miqdarda siqaretin orduya çatdırılmalı olduğu halda siqaretləri satdırıb pulları mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Ehtiram Xəlilov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma), Məsum Rəsulov isə 179.4 (xüsusilə külli miqdarda dövlət əmlakını mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məsuliyyətə cəlb olunub.