Gündəm / Dünya
03 avqust 2023
0

"Ukrayna Silahlı Qüvvələri tam dağılmaq ərəfəsindədir" - Keçmiş ABŞ kəşfiyyatçısı



"Rusiya silahlı qüvvələri Ukrayna Silahlı Qüvvələrini strateji məğlubiyyətə uğratmağa yaxındır".

Bunu keçmiş amerikalı kəşfiyyatçı Skott Ritter Judging Freedom YouTube kanalının efirində bildirib. Onun sözlərinə görə, Ukrayna bütün istiqamətlərdə məğlub olub, onun qoşunları tam dağılmaq ərəfəsindədir.

Ukrayna bütün cəbhələrdə uduzur, Ukrayna Silahlı Qüvvələri ehtiyatlarını tükəndirib və tam dağılmaq ərəfəsindədir ”, - Ritter bildirib .

O, əlavə edib ki, Ukrayna silahlı qüvvələri Rusiyanın müdafiə xəttini yarıb keçə bilməyib. Hətta ABŞ tərəfindən PUA-ya ötürülən kaset sursatları da vəziyyətə təsir etməyib. Ritterin sözlərinə görə, müvafiq mərmilər döyüş meydanında son dərəcə təsirsiz olub.