Gündəm / İdman
07 avqust 2023
1
Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə U-17 dünya çempionatı sona çatıb.
Yarışın 6-cı günündə daha 5 çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə qoşulub.
Cəfər Cəfərov (45 kq) təsnifat mərhələsində Əbubəkr Gürə 8:9 hesabı ilə məğlub olub.
Sədrəddin Həsənov (51 kq) türkiyəli Kahraman Eskiyə 4:1 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlsə də, hindistanlı Rohit Rohitə uduzub - 0:4. Rəqib finala yüksəldiyi üçün Həsənov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Sədrəddin ötən il dünya ikincisi olmuş amerikalı Kristian Kasiltyo üzərində inamlı qələbə qazanıb - 12:6. Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada rusiyalı Usman İndirbayevlə bacarmayıb - 2:10.
Camal Abbasov (60 kq) qazaxıstanlı Yerali Jenissov (6:0), amerikalı Benjamin Davino (5:0) və türkmənistanlı Bekjan Ruslanov (10:0) üzərində inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Abbasov yarımfinalda iranlı Səcad Pirdayehlə gərgin mübarizə şəraitində keçən qarşılaşmadan məyus ayrılıb – 2:3. Camal bürünc medal uğrunda Puerto-Riko təmsilçisi Yandro Rivera ilə güləşib və 6:0 hesablı qələbə ilə dünya üçüncüsü olub.
İsmayıl Rəhimli (71 kq) monqolustanlı Bilguundalay Purevdaqvaya tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/4 finalda rusiyalı İslam Kajarova 0:4 hesabı ilə məğlub olub.
Səid Paşayev (92 kq) 1/8 finalda yaponiyalı Genki Hokiyə müqavimət göstərə bilməyib - 3:14.

Daha çox xəbər:

İki güləşçimiz Avropa çempionatının finalında
İdman
Tokio-2020: 2 paracüdoçumuz finala vəsiqə qazandı - Yenilənib
Gündəm / İdman
Güləşçimiz Avropa çempionu oldu, üçü gümüş medal qazandı
İdman
Erməni boksçu Azərbaycan təmsilçisi ilə döyüşə çıxmadı
Gündəm / Siyasət
Yunan-Roma güləşçilərimiz mübarizəyə başlayır
İdman / Gündəm