Gündəm / Cəmiyyət
07 avqust 2023
5
SOCAR-ın Karbamid Zavoduna yeni direktor təyin edilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavoduna yeni direktor təyin edilib.
Bu barədə “Report”un sorğusuna cavab olaraq SOCAR-dan bildirib.
Məlumata görə, sözügedən vəzifəni Kutay Durna icra edəcək. O, indiyə qədər “İGSAŞ İstanbul Gübre Sanayii A.Ş.”də zavod direktoru olub və yeni vəzifəsində Xəyal Cəfərovu əvəz edib. O isə bir qədər əvvəl SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru təyin olunub.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş Karbamid Zavodu 2019-cu il yanvarın 16-da istifadəyə verilib. Zavod il ərzində 435 milyon m3 təbii qaz həcmindən xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub ki, bu da hər il ölkəyə 160 milyon ABŞ dollarına qədər əlavə gəlir gəlməsi deməkdir.

Daha çox xəbər:

Neft Emalı Zavoduna yeni direktor təyin edildi
Cəmiyyət
SOCAR 2007-2019-cu illərdə İndoneziyaya 25,1 milyon ton neft təchiz edib
İqtisadiyyat
İbrahim Əhmədova SOCAR-da yeni vəzifə verildi
Gündəm / Cəmiyyət
SOCAR Müşahidə Şurasına yeni üzv təyin edildi
Gündəm / Siyasət
STAR-ın baş direktoru: “Neft 1 ilə 35 ABŞ dollarına qədər bahalaşa bilər”
İqtisadiyyat / Dünya