Gündəm / Cəmiyyət
15 avqust 2023
0
MN: Azərbaycan Ordusunun Aİ müşahidəçilərini atəşə tutması həqiqətə uyğun deyil
Avqustun 15-də saat 12:20 radələrində Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisində guya Avropa İttifaqının (Aİ) müşahidəçiləri və onların avtomobili istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılması barədə erməni informasiya resurslarında yayılan məlumat həqiqətə uyğun deyil, qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Aİ müşahidəçilərinin Ermənistanda şərti sərhəd istiqamətində səfərlərinin vaxtı, onların hərəkət marşrutu, ərazidəki koordinatları, eləcə də avtomobillərin markası və nömrə nişanları Azərbaycan tərəfinə əvvəlcədən təqdim edilir. Azərbaycan Ordusunun bölmələri missiyanın səfərləri barədə məlumatlıdırlar. Bu səbəbdən də Ermənistan müdafiə nazirliyinin iddia etdiyi belə bir halın baş verməsi nəzəri və praktiki baxımdan qeyri-mümkündür.
Daha çox xəbər:
"Ermənilərin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik" - MN
Gündəm / CəmiyyətAzərbaycan MN ermənilərin iddialarını təkzib etdi
Gündəm / Cəmiyyət"Bu, Ermənistan Müdafiə Nazirliyinin növbəti yalanıdır" - RƏSMİ
Gündəm / CəmiyyətMüdafiə Nazirliyindən Ermənistanın yaydığı məlumatlara REAKSİYA
SiyasətMövqelərimiz atəşə tutuldu
Gündəm / Siyasət