Gündəm / İdman
17 avqust 2023
1

Bu gün “Qarabağ” səfərdə HİK-lə qarşılaşacaq

Bu gün “Qarabağ” səfərdə HİK-lə qarşılaşacaq


Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

Qurban Qurbanovun yetirmələri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçına çıxacaq.

Ağdam klubu səfərdə HİK-lə görüşədək. Ötən həftə Bakıda 2:1 hesabı ilə qalib gələn ağdamlılar Finlandiyada üstünlüyünü qorumağa çalışacaq.

“Qarabağ” bu səddi adlasa, avrokubokların qrupunda yerini təmin edəcək. Ağdamlıları Avropa Liqasının pley-offunda Sloveniya “Olimpiya”sı gözləyir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
17 avqust
20:00. HİK (Finlandiya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Villy Delajod (Fransa)
Helsinki Futbol stadionu
İlk oyun – 1:2