Gündəm / Cəmiyyət
18 avqust 2023
2
Ukrayna prezidenti postunu kim tutacaq?
Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, Ukraynada prezident seçkiləri keçirilsə, o zaman hazırkı dövlət başçısı Volodimir Zelenski yox, hərbçilərdən kimsə qalib gələcək.
O, bu barədə ukraynalı jurnalist Diana Pançenkoya müsahibəsində danışıb.
Ukraynada prezident seçkilərində kimin qalib gələ biləcəyinə misal olaraq o, Ukrayna Müdafiə Nazirliyinin baş kəşfiyyat idarəsinin rəisi Kirill Budanovu göstərib.
Lukaşenko vurğulayıb ki, hərbçilərdən biri prezident olacaq. O, iddia edir ki, “bir çox insanlar hələ indi-indi Zelenskini real qiymətləndirməyə başlayır”.
Bundan əvvəl Lukaşenko daha bir "uzaqgörən və müdhiş proqnoz" verərək deyib ki, 2024-cü ildə Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərində Vladimir Putinin seçiləcək.
Daha çox xəbər:
Lukaşenko Putinə ad günündə traktor hədiyyə etdi - Foto
Gündəm / DünyaLukaşenko Litvanı hədələdi
Gündəm / DünyaBelarus Ukraynada ƏMƏLİYYAT KEÇİRDİ
Gündəm / Siyasət"Bu, Rusiyanı qan içində boğmaq üçün hücum cəhdidir" - Lukaşenko
Gündəm / Dünya"Rusiya-Ukrayna müharibəsini dayandıracam" - Tramp söz verdi
Gündəm / Dünya