Gündəm / Cəmiyyət
01 may 2020
40

14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı

Miolliinfo.az

14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı



14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən ana azadlığa buraxıldı


Türkiyədə 14 yaşlı qızını sevgilisi ilə cinsi əlaqəyə məcbur edən və onun çılpaq fotolarını sevgilisinə göndərən ana azadlığa buraxılıb.


Eskişehirdə ana Ö.A. 2019-cı ilin sentyabr ayında üç uşağı ilə birlikdə hotellərdən birində sevgilisi H.K. ilə görüşüb. Sevgilisi ilə başqa otağa keçən ana bir müddət sonra uşaqların yanına qayıdıb və 14 yaşlı qızını sevgilisinin yanına aparıb.

Burada H.K. tərəfindən qız cinsi istismara məruz qalıb. Ö.A. növbəti günlərdə qızının çılpaq foto və videolarını çəkərək, sevgilisinə göndərib.

Yeniyetmənin müəlliminin polisə şikayət etməsi ilə hadisənin üstü açılıb və ana ilə sevgilisi martın 6-da saxlanılıblar. Onların barəsində "uşağa qarşı cinsi xarakterli hərəkətlər", "şəxsi həyatın gizliliyinin pozulması", "uşağın cinsi istismarı", "təhdid", "şəxsi azadlıqdan məhrumetmə" ittihamları ilə iddia qaldırılıb. Məhkəmədə hər iki şəxs barəsində 43 il həbs cəzası tələb edilib.

Ana Ö.A. günahını etiraf etsə də, H.K. iddiaları təkzib edib.

Aprelin 22-də təqsirləndirilən şəxslər Ö.A. və H.K. məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıblar.

14 yaşlı qızın atası təxliyyə qərarının ləğvi üçün Eskişehir Dördüncü Ağır Cinayət Məhkəməsinə müraciət edib.