Gündəm / Siyasət
24 avqust 2023
0
Xarici işlər naziri: “Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”
“Belçika Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır”.
Bunu Belçikanın xarici işlər naziri Hadja Lahbib Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bugünkü görüş mühüm məsələlərin müzakirəsi üçün əla fürsətdir.
Görüş zamanı onlar ikitərəfli əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər. “Biz bu əlaqələrin dərinləşməsini istəyirik”, - H.Lahbib əlavə edib.
O bildirib ki, Belçika iki ölkə arasında işgüzar əlaqələrin, eləcə də Azərbaycanda Belçika şirkətlərinin sayının artırılmasına tərəfdardır.
Daha çox xəbər:
Prezident Belçika XİN rəhbərini qəbul etməyəcək
Gündəm / SiyasətCeyhun Bayramovla israilli həmkarı bu məsələləri müzakirə etdi
Gündəm / SiyasətAzərbaycanla Küveyt arasında əməkdaşlıq müzakirə edilib
Siyasət / DünyaPrezidentin səfərində bu mövzular müzakirə ediləcək
Gündəm / SiyasətLavrov Azərbaycana GƏLDİ
Gündəm / Dünya