Gündəm / Dünya
24 avqust 2023
0

Priqojinin təyyarəsi raketlə vurulub? - ABŞ-dan qəribə açıqlama

Priqojinin təyyarəsi raketlə vurulub? - ABŞ-dan qəribə açıqlama


ABŞ rəsmiləri hesab edir ki, "Vaqner" muzdlularının sahibi Yevgeni Priqojinin təyyarəsi, çox güman ki, Rusiya ərazisindən atılan “yer-hava” raketi ilə vurulub.

Bu barədə "Reuters"ə iki ABŞ rəsmisi məlumat verib.

Adının açıqlanmasını istəməyən rəsmilər məlumatın hələlik ilkin olduğunu və dəqiqləşdirildiyini vurğulayıblar.

Avqustun 23-də Rusiyanın Tver vilayətində “Embraer Legacy” biznes təyyarəsi qəzaya uğrayıb. “Vaqner” muzdlu qruplaşmasının rəhbəri Yevgeni Priqojinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfər ölüb. Ölənlər arasında Priqojinin özü və onun sağ qolu, “Vaqner”in komandiri Dmitri Utkin də var.

"Vaqner"ə yaxın teleqram kanalları təyyarənin raketlə vurulduğunu iddia edib.