Gündəm / Siyasət
26 avqust 2023
0
Prezident 23 aprel tarixindən danışdı
“Bir məsələyə də toxunmaq istərdim. Bildiyiniz kimi, bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayanan onlarabənzər məxluqlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar”.
Bunu Prezident İlham Əliyev Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, heç bir şey bizi yolumuzdan döndərə bilməz:
“23 aprel bizim ərazi bütövlüyümüzün tam bərpası deməkdir. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq”.
Daha çox xəbər:
İlham Əliyev və Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən bayram tədbirində iştirak ediblər
Gündəm / SiyasətPrezident Laçında çıxış etdi
Gündəm / Siyasət"Müharibənin son dəqiqəsinə qədər Türkiyə bizim arxamızda idi" - Dövlət başçısı
Gündəm / Siyasətİlham Əliyevdən Laçın yolundakı vəziyyətlə bağlı AÇIQLAMA
Gündəm / Siyasət"Düşmənin baş qaldırdığını görsək, hərəkətə keçəcəyik" - Prezident
Gündəm / Siyasət