Gündəm / Cəmiyyət
29 avqust 2023
0
“Laçın” SBM-də daha bir erməni təxribatının qarşısı alındı

Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiəti ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən Ermənistana sərbəst şəkildə keçid etmək istəyən erməniəsilli şəxsə məxsus, üzərində qondarma respublikanın gerbi təsvir olunan nərd taxtası müsadirə edilib.
Keçid zamanı erməniəsilli şəxsin sənədləri yoxlanıldıqdan sonra onun əl çantasına Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən baxış keçirilib.
Baxış zamanı erməniəsilli şəxsə məxsus nərd taxtasında qondarma respublikanın gerbinin təsvir olunduğu aşkarlanıb. Daha sonra həmin nərd taxtası müvafiq qurumların əməkdaşları tərəfindən müsadirə edilib./report

Daha çox xəbər:

“Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda qanunsuz fəaliyyətlə məşğuldur”
Gündəm / Cəmiyyət
"Qisas" əməliyyatında öldürülmüş erməni hərbçlərin meyiti Ermənistana verildi
Gündəm / Siyasət
DSX “Qırmızı Xaç”ı ifşa etdi – ŞOK FAKTLAR
Gündəm / Siyasət
Laçın sərhəd məntəqəsində rentgen aparatı qoyuldu – FOTO
Gündəm / Siyasət
Laçındakı sərhəd-buraxılış məntəqəsindən yeni görüntülər - VİDEO
Gündəm / Siyasət