Gündəm / Cəmiyyət
01 sentyabr 2023
0
Bakıdan ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır
Bakıdan erməniəsilli şəxslərə ərzaq yükü aparan karvan 3 gündür Ağdam-Xankəndi yolundadır
Avqustun 29-dan etibarən Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərilən və içərisində un olan iki yük maşını (TIR) Ağdam-Xankəndi yolundadır.
Bu barədə "Report"un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.
Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.
Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.
Ərazidə olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.
Hazırda yardımın erməniəsilli şəxslərə çatdırılması üçün danışıqlar davam etdirilir.
Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.
Daha çox xəbər:
Rusiya sülhməramlıları vaxt istəyib, ərazidə çadırlar qurulur - YENİLƏNİB (FOTO)
Gündəm / CəmiyyətLaçın-Xankəndi yolunda etirazlar 38 gündür davam edir - FOTO
Gündəm / CəmiyyətBakıda 20 ton un aparan TIR yandı
Gündəm / HadisəSülhməramlılar Xankəndi yolundakı çadırlarını sökür - Fotolar
Gündəm / SiyasətSülhməramlılarının 14 avtomobili aksiya keçirilən yerdən sərbəst hərəkət edib
Gündəm / Cəmiyyət