Gündəm / Dünya
02 sentyabr 2023
0
Zelenskinin BMT Baş Assambleyasında iştirakı ilə bağlı qərar verildi

Ukrayna Prezidenti Volodimir Zelenskinin Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirak edəcəyi və ölkədəki vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Bu barədə jurnalistlərə Albaniyanın BMT-dəki səfiri Ferit Hoca məlumat verib.
Onun sözlərinə görə, Zelenski ehtimal edildiyi kimi, sentyabrda Nyu-Yorkda BMT-də dünya liderlərinin illik toplantısında və BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında iştirak edəcək.
Albaniyanın BMT-dəki səfiri vurğulayıb ki, Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclası nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində keçiriləcək. O əlavə edib ki, BMT liderlərin Nyu-Yorkda olmasından istifadə etmək istəyir. Sentyabrın 20-də Ukraynada sülhün və təhlükəsizliyin qorunması mövzusunda tədbir baş tutacaq.
BMT Baş Assambleyasının 78-ci sessiyasında Rusiya nümayəndə heyətinə Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edəcək.
Mənbə: “Reuters”

Daha çox xəbər:

BMT-də İran prezidenti çıxış edən zaman zaldan çıxdılar
Gündəm / Dünya
Zelenski sentyabrda Nyu-Yorka səfər edə bilər
Gündəm / Cəmiyyət
Zelenski ABŞ-a rəsmi səfər edib - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Sabah Rusiya ilə BMT arasında “Taxıl sazişi” görüşü keçiriləcək
Gündəm / Dünya
"O, Baydendirsə, mən də Ərdoğanam" - Prezidentdən jurnalistə maraqlı cavab
Gündəm / Dünya