Gündəm / Cəmiyyət
03 sentyabr 2023
1
“Oyanıb görə bilərik ki, Rusiya artıq regionda deyil” - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərdən danışıb.
O, bu barədə “La Repubblica”ya müsahibəsində söz açıb.
“Rusiyalı tərəfdaşlar tez-tez Qərb ölkələrinin Ermənistan hakimiyyətini Rusiyanı regiondan sıxışdırıb çıxartmağa sövq etdiyini deyirlər. Tarixdə Rusiyanın Cənubi Qafqazı tərk etməsi nümunələri olub. Eyni ssenarinin təkrarlana biləcəyi fikrini doğuran proseslər var. Oyanıb görə bilərik ki, Rusiya Federasiyası artıq regionda deyil... Biz rusiyalı tərəfdaşlarımıza deyirik ki, Rusiya müəyyən addımlar atsa da, atmasa da, bölgəni tərk edir. Bilmirik hansı səbəbdən. Biz ancaq ehtimal edə bilərik. Amma deyə bilərəm ki, bu, bizi narahat edir”, - Paşinyan deyib.

Daha çox xəbər:

"Biz Ukrayna ilə mümkün qədər tez razılaşmaq istəyirik" - Rusiya
Gündəm / Dünya
Paşinyanın Rusiyaya səfəri başlayıb
Dünya
Paşinyan sülhməramlıların fəaliyyətindən GİLEYLƏNDİ
Dünya
"Sülhməramlıların məsuliyyət zonasında da gərginlik var" - Paşinyan
Gündəm / Dünya
Rusiya İlham Əliyev və Paşinyan görüşü üçün öz ərazisini təklif etdi
Gündəm / Siyasət