Gündəm / Cəmiyyət
04 sentyabr 2023
0
Azərbaycanda MTK rəhbəri HƏBS EDİLDİ

Paytaxtın Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı “EAST Residence” Mənzil Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır.
Bu barədə Nərimanov rayon prokurorluğu məlumat yayıb.
İstintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir.

Daha çox xəbər:

Tikinti şirkətinin vəzifəli şəxsləri HƏBS EDİLDİ
Hadisə
Azərbaycanda şirkət rəhbərləri HƏBS EDİLDİ
Hadisə
Eyni mənzili bir neçə şəxsə satan şirkət rəhbəri həbs edildi
Gündəm / Cəmiyyət
Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edildi
Gündəm / Hadisə
Prokuror sabiq MTN generalına 14 il həbs cəzası istədi
Gündəm / Hadisə