Gündəm / Cəmiyyət
05 sentyabr 2023
0
Rüşvət alan daha bir gömrükçü saxlanıldı - RƏSMİ
Rüşvət müqabilində qanunsuz olaraq avtomobil idxalını həyata keçirən daha bir vəzifəli şəxs ifşa olunub.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, xəbər verildiyi kimi qanunsuz olaraq avtomobil idxalına dair Dövlət Gömrük Komitəsindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən istintaq-əməliyyat tədbirlərilə qeyd olunan qurumun Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmasına, yəni 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Daha çox xəbər:
Gömrük Komitəsinin əməkdaşı külli miqdarda rüşvətə görə həbs edildi
Gündəm / HadisəBu xəstəxananın şöbə müdiri cinayət məsuliyyətinə cəlb OLUNDU
Gündəm / HadisəBaş Prokurorluq və DGK-dan birgə ƏMƏLİYYAT: Vəzifəli şəxslər rüşvət alarkən yaxalandılar
Gündəm / HadisəVəzifəli şəxslərin cinayət işi məhkəməyə göndərildi
Gündəm / HadisəAzərbaycanda vəzifəli şəxslər HƏBS EDİLDİ
Gündəm / Hadisə