Gündəm / Dünya
05 sentyabr 2023
0
Rusiya buna görə Ermənistandan izahat istədi

Moskva Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası ilə bağlı İrəvandan izahat istəyib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova bildirib ki, Rusiya hakimiyyəti Ermənistandan hansı cavab alacağından asılı olaraq gələcək fəaliyyətlərini quracaq.
Qeyd edək ki, Ermənistan 2023-cü il sentyabrın 1-də BCM-nin Roma Əsasnaməsini ratifikasiya edib. Lakin göndərilən sənəddə Rusiya prezidentinin həbsi ilə bağlı qeyd-şərt və ya hər hansı müddəanın olub-olmadığı bəlli deyil.
Bundan əvvəl Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Daha çox xəbər:

Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verdi - YENİLƏNİB
Gündəm / Dünya
Kreml Ermənistanda Putinin həbs təhlükəsinə münasibət bildirdi
Gündəm / Dünya
Putinin həbsinə order verən hakim axtarılır
Dünya
Cənubi Afrika Respublikası Putini həbs edəcəkmi?
Gündəm / Dünya
Rəsmi İrəvandan Zaxarova və Kremlə qarşı sərt sözlər
Gündəm / Dünya