Gündəm / Cəmiyyət
08 sentyabr 2023
1
Ordumuz ermənilərə qarşı cavab tədbirləri gördü

Sentyabrın 8-i saat 13:35-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
Bundan başqa, saat 14:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Daha çox xəbər:

Düşmən Laçında yeni səngər yolları qazmağa cəhd göstərdi
Gündəm / Cəmiyyət
Ermənilər yenidən təxribata əl atdılar - Ordumuz cavab verdi
Gündəm / Cəmiyyət
Düşmən Laçın və Şuşanı ATƏŞƏ TUTDU
Gündəm / Siyasət
Xocavənd, Şuşa və Xocalı istiqamətlərindəki mövqelərimiz atəşə tutuldu
Gündəm / Siyasət
Ermənilər Ağdamı ATƏŞƏ TUTDU
Siyasət