Gündəm / Dünya
11 sentyabr 2023
0
Ermənistanda Rusiyanın etirazına səbəb olan təlimlər başlayır

Bu gün Ermənistanda ABŞ ilə birgə keçirilən “EAGLE PARTNER 2023” hərbi təlimləri başlayır.
Sentyabrın 20-nə qədər davam edəcək təlimlər Ermənistan Müdafiə Nazirliyinin “Zar” sülhməramlı briqadasının tədris mərkəzinin bazasında keçiriləcək.
Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, təlimin keçirilməsində məqsəd beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələrin qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması, tərəflər arasında təcrübə mübadiləsi, eləcə də Ermənistan bölmələrinin əməliyyatlara hazırlıq səviyyəsinin yüksəldilməsidir.
Qeyd edək ki, Ermənistanın öz ərazisində ABŞ ilə birgə hərbi təlimlər keçirməsi Rusiyanın kəskin etirazına səbəb olub. Kreml məsələ ilə bağlı açıqlama verərək, hərbi təlimlərin keçirilməsi barədə xəbərin ehtiyatlılıq tələb etdiyini vurğulayıb: “Rusiya bu məlumatı dərindən təhlil edəcək və vəziyyəti izləyəcək”.
Rusiyanın etirazına səbəb olan təlimlər başlayır

Daha çox xəbər:

“RİA Novosti” Azərbaycanın etirazına səbəb olan müsahibəni sildi - Foto
Gündəm / Sosial
Rusiya təlim bəhanəsi ilə şimaldan hücum edəcək
Gündəm / Dünya
Azərbaycan-Türkiyə-Pakistan birgə hərbi təlimləri başa çatdı - VİDEO
Gündəm / Cəmiyyət
Azərbaycan XİN-dən Laçındakı təlimlərlə bağlı Ermənistana CAVAB
Gündəm / Cəmiyyət
Rusiya bombardmançıları Xəzər dənizi üzərində
Gündəm / Dünya