Gündəm / Cəmiyyət
12 sentyabr 2023
0
Hərbçilərimiz istənilən təxribatın qarşısını almağa hazırdır - VİDEO

Azərbaycan Ordusunun bölmələrinin hərtərəfli təminatı və qoşun xidmətinin təşkili, eləcə də şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən zəruri tədbirlər davam edir.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Qeyd edilib ki, azad edilmiş ərazilərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun olaraq qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyi təşkil olunur, fasiləsiz xidmət aparılır.
Döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılır, onların döyüş və mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanması üçün mütəmadi olaraq məşğələlər keçirilir. Asudə vaxtlarda hərbi qulluqçularımıza ölkəmizdə və dünyada baş verən ictimai-siyasi vəziyyət haqqında məlumat verilir.
Eyni zamanda, şəxsi heyət mövsümə uyğun geyimlə, təzə və yüksək kalorili isti qida ilə fasiləsiz təmin olunur.
Peşəkar hərbi qulluqçularımız hər an ehtimal olunan istənilən təxribatın qarşısını almağa hazır və qadirdir.

Daha çox xəbər:

Azad edilən ərazilərdə döyüş növbətçiliyi yüksək səviyyədə aparılır - VİDEO
Gündəm / Siyasət
Azad olunan ərazilərdə döyüş növbətçiliyi - VİDEO
Gündəm / Video
Qarabağda müasir tipli hərbi obyektlər inşa edilir - Video
Gündəm / Cəmiyyət
Generallar Kəlbəcərdə - VİDEO
Gündəm / Sosial
Nazirdən əsgərlərin xəstəliklərdən qorunması ilə bağlı tapşırıq
Gündəm / Siyasət