Gündəm / Cəmiyyət
13 sentyabr 2023
1
"Məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır" - Həkim
"Uşaqların məktəbli çantası bədən çəkisinin 10 faizindən çox olmamalıdır. Çanta seçərkən yüngül və uşaqların yaşına uyğun olması nəzərə alınmalıdır"
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib. Həkim bildirib ki, uşaqların uzun müddət eyni vəziyyətdə oturması da düzgün deyil:
"Ona görə tövsiyə olunur ki, uşaqlar 35-40 dəqiqədən bir hərəkət üçün ayağa qalxmalı, fasilə verməlidir. Eyni zamanda, uşaqların idmanla məşğul olması, asudə vaxtlarını aktiv keçirməsi tövsiyə olunur. Skolioz qorxulu xəstəlik deyil. Sadəcə vaxtında aşkarlamaq və müalicə ilə müsbət nəticə əldə etmək mümkündür. Onurğanın sağ və sol tərəflərində fərq varsa, bu zaman skoliozdan şübhələnmək olar. Bu halda mütəxəssisə müraciət etmək lazımdır".
Daha çox xəbər:
Çimərliyə gedənlərin NƏZƏRİNƏ
Gündəm / CəmiyyətNazirlikdən oruc tutub, sahura qalxmayanlara XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətKök uşaqların sayı artır
İdman“Soyuq havalarda yoluxma arta bilər” – Təyyar Eyvazov
Gündəm / Cəmiyyət"6 ayınadək ana südü ilə qidalanan körpələr infeksion xəstəliklərə yoluxmurlar" - Pediatr
Gündəm / Cəmiyyət