Gündəm / Cəmiyyət
16 sentyabr 2023
1
Şəhid anası məktəb direktoru təyin edildi

Vətən müharibəsi şəhidi Rəşad Mirzəlinin anası Afidə Mirzəyeva məktəb direktoru təyin edilib.
Şəhidin anası Tərtər rayon Talış kənd tam orta məktəbinin direktoru vəzifəsinə təsdiqlənib. Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Bildirilir ki, A.Mirzəyeva daha əvvəl uzun müddət Tərtər rayon Hacıqərvənd kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyib.
Qeyd edək ki, 1995-ci il təvəllüdlü Rəşad Mirzəli 2020-ci il oktyabrın 1-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Gizir R.Mirzəli ölümündən sonra “Vətən uğrunda”, ”Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”, və “Hərbi xidmətə görə” medalları ilə təltif edilib.




Daha çox xəbər:

Şəhid anasını aldadıb 11 min manatını aldılar - FOTO
Gündəm / Cəmiyyət
Murovdağın zirvəsində şəhid olan kapitanın xatirəsi anılıb - FOTO
Gündəm / Cəmiyyət
Məktəb direktoru vəfat etdi
Gündəm / Hadisə
Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür
Gündəm / Cəmiyyət
Vətən müharibəsində qəhrəmanlığı ilə dastana dönən Xudayarın doğum günüdür - Video
Gündəm / Cəmiyyət