Gündəm / Siyasət
21 sentyabr 2023
0
Yevlax görüşündə nələr müzakirə olunacaq? - Prezident açıqladı

Yevlax görüşündə Azərbaycanın Konstitusiyası və qanunları əsasında Qarabağ ermənilərinin hüquqları və öhdəlikləri ilə əlaqədar, o cümlədən onların mədəni, dini, bələdiyyə və digər hüquqları ilə bağlı məsələlər müzakirə ediləcək.
Bunu Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığında deyib.
Dövlət başçısı bu gün antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərksilah edilməsinin, Yevlaxda keçiriləcək görüşün müsbət addım olduğunu bildirib.

Daha çox xəbər:

Separatçılar ağ bayraq qaldırdı - Yevlaxda görüşə razılaşdılar
Gündəm / Siyasət
Antiterror tədbirləri dayandırıldı - MN-dən rəsmi açıqlama
Gündəm / Siyasət
Prezident Praqada səfərdədir - Şarl Mişellə görüşür
Gündəm / Siyasət
Blinken İlham Əliyevə zəng etdi - YENİLƏNİB
Gündəm / Siyasət
"Ermənilərin təhlükəsizliyi konstitusiyamıza uyğun təmin ediləcək" - Prezident
Siyasət