Gündəm / Siyasət
21 sentyabr 2023
0
Türkiyənin müdafiə naziri Zakir Həsənova zəng etdi

Sentyabrın 21-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.
Y.Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib. Türkiyə milli müdafiə naziri şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara Allahdan şəfa diləyib.
General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə edilən hərbi uğurlardan danışıb. Müdafiə naziri antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Daha çox xəbər:

"Türkiyə Azərbaycanın yanındadır" - Hulusi Akar
Gündəm / Cəmiyyət
Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib
Gündəm / Siyasət
Azərbaycanın müdafiə naziri türkiyəli həmkarına başsağlığı verib
Gündəm / Siyasət
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
Gündəm / Dünya
Zakir Həsənov Hulusi Akar və Yaşar Gülerə başsağlığı verdi
Gündəm / Siyasət