Gündəm / Siyasət
21 sentyabr 2023
1
Prezident Administrasiyasından Yevlax görüşü ilə bağlı AÇIQLAMA
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti əsasında 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov Qarabağın erməni sakinlərinin təmsilçiləri qismində Sergey Martirosyan və David Melkumyan ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.
"Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Rusiya tərəfinin rəhbəri kontr-admiral Oleq Semyonov iştırakçı qismində görüşə qatılıb.
Konstruktuv və müsbət mühitdə keçən görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında Qarabağın erməni əhalisinin reinteqrasiyası, infrastrukturunun bərpası və fəaliyyətinin təşkil olunması məsələləri üzrə müzakirələr aparılıb.
Ramin Məmmədov tərəfindən reinteqrasiya üzrə planlar təqdim edilib.
Həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin antiterror tədbirlərinin dayandırılması üzrə 20 sentyabr tarixli bəyanatında əks olunmuş məsələlərin tez bir zamanda icrasının vacibliyi vurğulanıb.
Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində xüsusilə yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda, qida məhsulları olmaqla humanitar yardımın göstərilməsini xahiş ediblər.
Görüşün nəticəsi olaraq onların xahişi müsbət qarşılanıb. Xüsusilə bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın tezliklə təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi planlaşdırılır.
Tezliklə növbəti görüşün keçirilməsi barədə razılıq əldə edilib", - deyə məlumatda qeyd olunub.
Daha çox xəbər:
Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş bitdi - VİDEO (YENİLƏNİB)
Gündəm / SiyasətQarabağ erməniləri ilə görüşdə Azərbaycanı bu şəxs təmsil edəcək
Gündəm / SiyasətErməni ictimaiyyətinin nümayəndələrinə Bakıda görüş təklif edilir
Gündəm / SiyasətErmənilərin Yevlaxa gələn nümayəndələri KİMLƏRDİR? - YENİLƏNİB
Gündəm / CəmiyyətSeparatçılar ağ bayraq qaldırdı - Yevlaxda görüşə razılaşdılar
Gündəm / Siyasət