Gündəm / İqtisadiyyat
25 sentyabr 2023
0
Prezidentlər Naxçıvanda təməlqoyma mərasimində iştirak edəcəklər

Xəbər verdiyimiz kimi, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün Naxçıvana bir günlük səfər edəcək.
Prezidentlər arasında keçiriləcək görüşlərdə Türkiyə-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunacaq, aktual regional və qlobal problemlər, xüsusilə Qarabağdakı son hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, İlham Əliyev və Ərdoğan Iğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışında iştirak edəcəklər.
