Gündəm / Cəmiyyət
26 sentyabr 2023
1
Azərbaycanda məktəbdə kütləvi ZƏHƏRLƏNMƏ

Sentyabrın 25-də Sabirabad rayonu Axtaçı Muğan kənd orta məktəbində 11 nəfər şagird və 1 nəfər müəllim olmaqla, cəmi 12 nəfər şəxsin qida zəhərlənməsi diaqnozu ilə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabirabad rayon prokurorluğu məlumat yayıb.
Bİldirilib ki, ilkin araşdırma zamanı həmin şəxslərin məktəbdə şagirdlərdən birinin ad günü mərasimində qəbul etdikləri qidalardan zəhərlənmələri müəyyən edilib.
Hazırda vəziyyəti qənaətbəxş olan 12 nəfər şəxs tibbi yardım göstərildikdən sonra xəstəxanadan evə buraxılıb.
Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.

Daha çox xəbər:

Şəkidə məktəbdə 27 nəfər zəhərləndi - Yenilənib
Gündəm / Cəmiyyət
Nabranda istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ
Gündəm / Cəmiyyət
Göyçayda iftarda kütləvi zəhərlənmə
Hadisə
Beyləqanda 15 nəfər pambıqdan zəhərləndi
Gündəm / Hadisə
16 yaşlı oğlanı əkiz uşaqlarla birgə kanalda “tok” vurub öldürdü - Yenilənib
Gündəm / Cəmiyyət