Gündəm / Cəmiyyət
07 oktyabr 2023
0
Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında oktyabrın 08-i gündüzdən 09-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 09-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmərtindən xəbər verilib.
Oktyabrın 09-u axşamdan 10-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enərək, 10-da gündüz saatlarında 13-16° isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında oktyabrın 08-i gündüzdən 09-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 09-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
Oktyabrın 09-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;
Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay;
Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay;
Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay;
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Daha çox xəbər:

Külək güclənəcək, temperatur 5-7° enəcək - Xəbərdarlıq
Cəmiyyət
Güclü külək olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Gündəm / Cəmiyyət
Güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ
Sosial
Bazar gününə olan hava proqnozu
Gündəm / Cəmiyyət
Hava ilə bağlı - Xəbərdarlıq
Gündəm / Cəmiyyət